Startda qələbə
Qırğızıstanın Bişkek şəhərində basketbolçular arasında Novruz-2012 beynəlxalq turnirində ilk turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, yarışın 2-qat qalibi olan Azərbaycan milli komandası birinci matçında ABŞ-ın AİA klubunu ilə görüşüb. Üstün oyun nümayiş etdirən yığmamız 84:72 (18:15; 22:23; 18:14; 26:20) hesablı ilə qalib gəliblər. Qarşılaşmanın bombardiri Fuad Niftəliyev olub.

Basketbolçumuz komandasına 30 xal qazandırıb. Digər görüşlərdə MOİK (Qazaxıstan) Özbəkistan millisini 90:78, “UrFU” (Rusiya) Qırğızıstan yığmasını 99:82 hesabı ilə məğlub edib.
Qeyd edək ki, martın 21-nə kimi davam edəcək turnirin ikinci oyun günündə komandamız MOİK-lə qarşılaşacaq.

Xəbər 1242 dəfə oxundu.