Bakının “Azərreyl” klubu serbiyalı voleybolçu ilə yollarını ayırıb
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu serbiyalı Danitsa Radenkoviç ilə yollarını ayırıb.

Voleybolçu “dəmiryolçular”la müqavilənin müddətini uzatmayıb.

D.Radenkoviç karyerasını Polşada davam etdirəcək. Azərbaycan Super Liqasının gümüş medalını qazanan toppaylayıcı Bakı təmsilçisi ilə birillik razılıq əldə etdiyi üçün yeni mövsümü “Muşinyanka”da davam etdirəcək.

Qeyd edək ki, D.Radenkoviç “Azərreyl”ə 2016/2017-ci il mövsümünün əvvəlində “Atom”dan transfer olunmuşdu. O, 2014-2015-ci illərdə isə “Muşinyanka” çıxış edib.

Xəbər 650 dəfə oxundu.