“Qarabağ” klubu Vüqar Mustafayevlə yollarını ayırıb
“Qarabağ” klubu futbolçusu Vüqar Mustafayevlə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

“Qarabağ” rəhbərliyi 2016-cı ilin yanvarından icarə əsasında “Zirə”də çıxış edən yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Vüqar Mustafayev 2015-ci ilin yayında Ağdam təmsilçisinə transfer olmuşdu.

Xəbər 691 dəfə oxundu.