Roller və skeytbord üzrə Bakı turnirinin qalibləri müəyyənləşib
Roller və skeytbord üzrə Bakı turniri keçirilib.

Respublika Velotrekində baş tutmuş turnir Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən təşkil olunub.

Yarışda 14 yaşlı və daha yuxarı təvəllüdlü oğlanlar mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Vaqif Mirzəyev qalib adını qazanıb. Fuad Dadaşov yarışı ikinci, Vüqar Gülbala isə üçüncü pillədə başa vurublar.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, roller və skeytbord idman növünün təbliği və inkişaf etdirilməsindən ibarətdir.

Xəbər 566 dəfə oxundu.