“Turan” Zaqataladan bir xalla qayıdıb
Bu gün Unibank Premyer Liqasında XXIV tura start verilib. İdman.com.az saytının məlumatına görə, hesabat turunda bir matç baş tutub. İkinci “altılıq” mərhələsində “Simurq” evdə “Turan”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılara 1 qol vurulub.
Qeyd edək ki, sözü gedən görüş Zaqatalada komandası üçün əlamətdar olub. Ötən həftə “Simurq”un sükanı arxasına keçərək Azərbaycanda debut edən Georgi Çixradze, ilk qarşılaşmada 1 xala sevinib.

Unibank Premyer Liqası
2-ci “altılıq” mərhələsi. XXIV tur

“Simurq” – “Turan” -1:1

Qol: İqor Tarasov, 61 - Aleksandr Qoqoberişvili, 89-pen
Qırmızı vərəqə: Aftandil Hacıyev, 75 (birbaşa)
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rza Məmmədov
Dördüncu hakim: Elçin Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 2:1

Xəbər 1074 dəfə oxundu.