Belarus–San-Marino oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus–San-Marino oyununun baş hakimi Ömər Paşayev olacaq.

Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, Belarus–San-Marino oyunu iyunun 7-də Minskdə keçiriləcək.

Xəbər 641 dəfə oxundu.