“Qəbələ” klubu Avstriya, Rusiya və Bolqarıstan komandaları ilə qarşılaşacaq
“Qəbələ” futbol klubu 2017-2018-ci il mövsümünün hazırlığına start verib.

İyunun 3-də Bakıda bir araya gələn komanda hazırlıq prosesinə yerli oyunçularla başlayıb. Toplanışın ilk gününü fitnes zalında çalışmalarla keçirən “qırmızı-qaralar” iyunun 6-dək paytaxtda məşq edəcək.

“Qəbələ” iyunun 7-də təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşəcək. Komandamız iyunun 23-dək Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşacaq. “Stubaierhof” otelində qalacaq “Qəbələ” 4 yoxlama oyunu keçirəcək. İyunun 12-də “qırmızı-qaralar” Avstriyanın regional liqasında çıxış edən yerli “Fulpmes”lə üz-üzə gələcək. Üç gün sonra Rusiyanın “Terek” komandası ilə görüşəcək “Qəbələ” son iki matçında Bolqarıstan təmsilçiləri ilə qarşılaşacaq. İyunun 19-da Plovdivin “Botev” klubu, üç gün sonra isə bu ölkənin çempionu “Lüdoqorets” komandamıza rəqib olacaq.

Xəbər 673 dəfə oxundu.