Etopaz-da İstanbul derbisinə maraq böyükdür
Yarandığı gündən cazibə qüvvəsi hər kəsi özünə cəlb edən www.etopaz.az internet səhifəsi sıralarını genişləndirməkdədir. İdman.com.az saytının məlumatına görə, yalnız "Topaz"ın virtual aləmdə ilk və tək təmsilçisi olduğuna görə yox, xidmət səviyyəsi, habelə rahatlıq və şəffaflığı ilə oyunçuların rəğbətini qazanan sayt həftəsonunu ailənizlə keçirərək, maddi rifahınızı yüksəltməniz üçün hər şərait yaradıb. Havaların şıltaqlıq göstərdiyi bu günlərdə müxtəlif xəstəliklərdən qorunaraq, mərc həvəsinizi qarşılamaq üçün ideal fürsət məhz bizimlə mümkündü...

Şənbə günü proqramında təxminən 200 oyun yer alıb ki, onun hər biri bayram süfrənizi bol etmək üçün əla seçim ola bilər. Təbii ki, mərcsevərləri çoxsaylı oyunların içində biri daha çox maraqlandırır. Mövsümə fırtına kimi başlayan və bu qrafikdən kənara çıxmayan “Qalatasaray” 1999-cu ildən bu yana səfərdə məğlub edə bilmədiyi əzəli və əbədi rəqibi “Fənərbağça”nın müqavimətini qırmağa çalışacaq.

Liderdən xeyli geridə olan “sarı-lacivərdlilər” isə çılğın azarkeş dəstəyi ilə “Cim Bom”u növbəti dəfə büdrətmək niyyətindədir. “Fənərbağça” – “Qalatasaray” matçına müxtəlif mərc imkanları yaradan www.etopaz.az-la qazanmaq şansınızı boşa xərcləməyin.

Xəbər 1452 dəfə oxundu.