Qadın voleybolçularımız dünya çempionatının final mərhələsinə vəsiqənin bir addımlığında
İyunun 3-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunun mərkəzi oyunu keçirilir.

Qrup liderinin müəyyənləşməsi baxımından əhəmiyyətli olan matçda Azərbaycan və Hollandiya yığmaları mübarizə aparırlar.

Qrup lideri növbəti mərhələyə birbaşa vəsiqə qazanacağı halda, ikinci yerin sahibi pley-offda qüvvəsini sınayacaq.

Xəbər 689 dəfə oxundu.