Kişi voleybolçulardan ibarət Azərbaycan yığma komandası Avropa Liqasında iştirak edəcək
Kişi voleybolçulardan ibarət Azərbaycan yığma komandası Avropa Liqasında iştirak edəcək.

8 ölkədən milli komandaların qatılacağı yarışda yığmamız “A” qrupunda mübarizə aparacaq. Millimiz qrup mərhələsində Albaniya, Makedoniya və İsveç yığmaları ilə görüşəcək.

Baş məşqçi Fərid Cəlalovun komandası iyunun 16-18-də qrup mərhələsinin I turunun oyunlarını Makedoniyada, digər oyunları isə iyunun 23-25-də Albaniyada keçirəcək.

“B” qrupunda isə Danimarka, Macarıstan, Ukrayna və İsrail milliləri mübarizə aparacaq.

Avropa Liqasının final mərhələsi iyulun 1-2-də baş tutacaq. Qrup mərhələsində ən çox qələbə qazanan iki komanda finala yüksələcək.

Xəbər 860 dəfə oxundu.