Qılıncoynatma üzrə Bakı çempionatına yekun vurulub
Qılıncoynatma üzrə Bakı çempionatına yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasının zalında keçirilən yarışda “Neftçi İdman Klubu” İctimai Birliyinin təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər.

Klubun yetirmələri sablya yarışlarında mübarizə aparıblar. Bu növdə bütün medallara klubun qılıncoynadanları yiyələniblər. Belə ki, 12 sablyaçının qatıldığı kişilərin yarışında Cavanşir Ağakişiyev paytaxt çempionatının qalibi olub. Yalnız finalda məğlub olan Elvin Rzazadə gümüş, Abdulla Əhmədov və Xalid Əsədov isə bürünc medala layiq görülüblər.

Qadınlar arasında Sabina Mikina yarışın qızıl medalına sahib olub. Sevil Bünyatova 2-ci, Nərminə Cəfərova və Sevinc Bünyatova isə 3-cü yeri tutublar.

Xəbər 1401 dəfə oxundu.