“Qəbələ”nin U-11 komandası Tbilisidə altıncı olub
Tbilisidə Nodar Axalkatsinin xatirəsinə futbol turnirinə yekun vurulub.

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası turnirin sonuncu günündə 5-ci yer uğrunda matçda qüvvəsini sınayıb.

“Qırmızı-qaralar” Ağdamın “Qarabağ” klubu ilə qarşılaşıblar. Cuma Hüseynovun qol sevinci yaşadığı görüşdə Ağdam təmsilçisi qalib gəlib – 3:1.

Beləliklə, “Qəbələ”nin U-11 komandası turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi isə Gürcüstanın “Saburtalo” komandası olub.

Xəbər 878 dəfə oxundu.