Voleybol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb
İyunun 1-də qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb.

Bakı İdman Sarayında Danimarka millisi ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qalib gəlib.

Təmsilçilərimiz hər üç setdə rəqibini böyük hesabla məğlub ediblər - 25:12; 25:14; 25:14.

Hazırda Azərbaycan və Hollandiya millisi 9 xalla “E” qrupunun lideridir. Ukrayna milli komandası 6 xalla ikinci, İsrail 3 xalla üçüncü yerdədir. Norveç və Danimarka komandalarının isə hesabında xal yoxdur.

Xəbər 1016 dəfə oxundu.