“Qəbələ” və “Qarabağ” klubları Tbilisidə üz-üzə gələcəklər
Tbilisidə Nodar Axalkatsinin xatirəsinə futbol turnirində növbəti oyunlar keçirilib.

Əvvəlcə dörddəbir final mərhələsinin oyunları keçirilib. Qrup mərhələsini uğurla adlayan “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstan təmsilçisi “Saburtalo” ilə qarşılaşıb. Qolsuz bərabərliklə başa çatan görüşün taleyi penaltilər seriyasında həll olunub. Meydan sahibləri oyunsonrası seriyada daha sərrast olub – 5:4.

Turnirdə 5-8-ci yerlər uğrunda mübarizə aparmalı olan “Qəbələ” “Neftçi İdman Klubu” İctimai Birliyinin komandası ilə üz-üzə gəlib. Cuma Hüseynov, Samir Musayev və Ziya Şekerxanovun fərqləndiyi oyunda “qırmızı-qaralar” böyük hesablı qələbə qazanıblar – 3:0.

“Qəbələ” beşinci yer uğrunda görüşdə “Qarabağ”la qarşılaşacaq.

Xəbər 999 dəfə oxundu.