Gənc və yeniyetmə taekvandoçulardan ibarət millilərimiz beynəlxalq turnirdə 38 idmançı ilə təmsil olunacaqlar
İyunun 3-4-də Avstriyanın İnsbruk şəhərində taekvando üzrə açıq birincilik keçiriləcək.

G1 kateqoriyalı “Austrian Open” beynəlxalq turnirində Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət yığma komandaları iştirak edəcəklər. İyunun 3-da start veriləcək açıq birincilikdə gənclərdən ibarət millimiz 20, yeniyetmə taekvandoçularımız isə 18 idmançı ilə təmsil olunacaq.

Gənclərdən ibarət yığma komandamızın baş məşqçisi, Əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov bu yarışda Bəhruz Quluzadə (45 kq), Məhəmməd Əlizadə (48 kq), Xanoğlan Kərimov (48 kq), Ayaz Qənbərli (51 kq), Fərid Sultan (55 kq), Əbülfəz Zülfüqarov (55 kq), Qasım Aslanov (59 kq), Cavid Ağayev (59 kq), Niyaz Zülfüqarlı (63 kq), Həsən İbrahimov (73 kq), Mehdi Tağıyev (78 kq), Orxan Tağızadə (78 kq-dan yuxarı), Minayə Əkbərova (42 kq), Fəridə Rzayeva (44 kq), Mehriban Məmmədova (44 kq), Sevda Pirseyidova (46 kq), Nərgiz Mirzəyeva (46 kq), Zalikə Babayeva (49 kq), Nərmin Süleymanova (52 kq) və Diana Hacəliyevanı (55 kq) sınayacaq.

Yeniyetmələrdən ibarət yığmamızın heyətində Nihad Əlizadə (33 kq), Xanmurad Süleymanov (33 kq), İsmayıl İbrahimov (37 kq), Riyad Şirəliyev (41 kq), İsmayıl İsmayılov (41 kq), Pərviz İsgəndərov (45 kq), Yaşar Məmmədli (45 kq), Nihad Abbasov (49 kq), Hüseyn Abdullazadə (49 kq), İlkin Fərzəlizadə (57 kq), Vüsal Balaqadaşov (61 kq), Gülsüm Həsənzadə (33 kq), Aysu Məmmədova (37 kq), Ofeliya Allahverdiyeva (41 kq), Zivər Tağıyeva (44 kq), Aydan Əliyeva (44 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) yer alacaqlar.

İki gün davam edəcək turnirdə ədalət təmsilçilərimizdən Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Gündüz Abdullayev və Ramal Camalov təmsil edəcəklər.

Bu gün Avstriya yollanan milli komandamız iyunun 6-da Vətənə qayıdacaq.

Xəbər 1034 dəfə oxundu.