“Bavariya” klubu “Qarabağ”ı təbrik edib
Almaniya Bundesliqasının bu mövsüm qalibi olan “Bavariya” futbol klubu Ağdamın “Qarabağ” komandasını çempionluq münasibəti ilə təbrik edib.

Klubun idarə heyətinin sədri Karl Haynz Rummenigin “Qarabağ”a ünvanladığı məktubda deyilir: “Bavariya” klubu adından “Qarabağ”ı 2016/2017-ci il mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olması münasibəti ilə təbrik edirəm”.

Xəbər 788 dəfə oxundu.