Azərbaycan yığmasının qolkiperi Perm klubunun heyətinə keçə bilər
Azərbaycan yığmasının qolkiperi Kamran Ağayev karyerasını Rusiyada davam etdirə bilər.

Azərbaycan futbolçusu “Amkar” klubuna keçmək üzrədir.

Hazırda Perm klubu ilə 31 yaşlı qolkiper arasında danışıqlar gedir. İlkin məlumata görə, tərəflər, demək olar, razılaşma əldə ediblər.

K.Ağayev Portuqaliyanın “Boavişta” klubu ilə müqavilənin müddətini uzatmaq istəməyib. Qapıçı Portuqaliya çempionatının ötən mövsümündə 12 matçda qapısından 14 qol buraxıb.

Xəbər 831 dəfə oxundu.