Dünya Stolüstü Tennis Federasiyasının illik ümumi yığıncağı keçiriləcək
Almaniyanın Düsseldorf şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçirilir.

Çempionat ərəfəsində mayın 30-da Avropa Stolüstü Tennis Birliyinin konqresi təşkil olunacaq.

Konqresdə Azərbaycanı federasiyanın vitse-prezidentləri Fazil Məmmədov və Səbuhi Mehdizadə təmsil edirlər. Konqresdə idarə heyəti ilə bağlı yeniliklər, Avropa çempionatının və digər yarışlar, milli çempionatların, milli liqaların tarixləri məsələsi müzakirə olunur.

Eyni zamanda, mayın 31-də Dünya Stolüstü Tennis Federasiyasının illik ümumi yığıncağı keçiriləcək. Yığıncaqda qitə federasiyalarının illik hesabatları, 2017-2020-ci illər Beynəlxalq Stolüstü Tennis Federasiyasının yeni prezidenti və icraedici orqana seçkilər keçiriləcək.

Dünya çempionata iyunun 6-da yekun vurulacaq.


Xəbər 945 dəfə oxundu.