Tomaş Ayan yenidən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti seçilib
Tailandın paytaxtı Banqkokda Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti vəzifəsinə seçkilər keçirilib.

Bu vəzifəyə əsas namizədlər macarıstanlı Tomaş Ayan və italiyalı Antonio Urso olublar.

Tədbirdə Azərbaycanı AAAF-in vitse-prezidenti Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və rəyasət heyətinin üzvü Fəxri Ağayev təmsil ediblər.

Seçkilərdə 86 səs toplayaraq rəqibini 25 səs qabaqlayan T.Ayan yenidən IWF-in prezidenti seçilib. On iki bu vəzifədə çalışan T.Ayan daha dörd il beynəlxalq quruma rəhbərlik edəcək.

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov seçkilərdə qalib gələn Tomaş Ayanı təbrik edib, ona uğurlar arzulayıb, federasiyalar arasındakı dostluq əlaqələrinin davam edəcəyinə inamını bildirib.

Xəbər 1258 dəfə oxundu.