Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Türkiyədə davam etdirəcək.

Hücumçumuz “Beşiktaş” klubu ilə müqaviləyə imza atıb. Son mövsümü Bakının “Telekom” klubundan keçirən 24 yaşlı M.Əzizova ölkə birinciliyi və Çempionlar Liqasındakı uğurlu oyunu ilə yadda qalıb.

“Beşiktaş”ın heyətinə qatdığı legionerlər sırasında M.Əzizova ilə yanaşı, Ukrayna millisinin hücumçusu Oleysa Rıxlyuk, rusiyalı hücumçu Olqa Biryukova və Polşa millisinin blokçusu Maja Tokarska kimi məşhur oyunçular da var.

Xəbər 629 dəfə oxundu.