“Qəbələ”nin U-11 komandası beynəlxalq turnirdə dörddəbir finala yüksəlib
Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə futbol turnirində qrup mərhələsinə yekun vurulub.

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası üçüncü turda yerli “Telavi” ilə qarşılaşıb.

Namiq Əliyevin baş məşqçisi olduğu komandamız ardıcıl ikinci böyük hesablı qələbəsini qazanıb – 5:0. “Qırmızı-qaralar”ın heyətində Həsən Nəzərli, Cümə Hüseynov, İlkin Budaqov, Ziya Şəkərxanov və Samir Musayev qol sevinci yaşayıblar.

İlk turda Tbilisi “Dinamo”suna 1:3 hesabı ilə uduzub, ardınca “Saburtalo-2”ni 4:0 hesabı ilə məğlub edən “Qəbələ” qrup mərhələsini 6 xalla tamamlayıb. “Qırmızı-qaralar” bu nəticə ilə dörddəbir finala yüksəliblər.

Mayın 31-də baş tutacaq qarşılaşmada komandamızın rəqibi “Saburtalo” olacaq.

Xəbər 644 dəfə oxundu.