Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş futzal turniri başa çatıb
“Olimpik Star” İdman Kompleksində AFFA-nın dəstəyi ilə Əlillər Futbolu Federasiyası tərəfindən təşkil edilmiş eşitmə qüsurlu əlillər arasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş futzal turniri başa çatıb.

Turnirin qalibi “Zirvə” komandası olub. “Birlik” ikinci, “Şimşək” üçüncü yeri tutub.

“Azəri” komandasının üzvü Rüfət Yusifov turnirin ən yaxşı oyunçusu, Şövkət Əskərov isə (“Zirvə”) ən yaxşı qapıçısı seçilib. “Zirvə” komandasının üzvü Nurlan Fətullazadə yarışın bombardiri olub.

Xəbər 673 dəfə oxundu.