“Sumqayıt” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib
“Sumqayıt” futbol klubu 2017/2018-ci il mövsümü üçün heyətini gücləndirməkdə davam edir.

“Sumqayıt” sol cinah müdafiəçisi Azər Salahlını komandada saxlayıb. İyirmi üç yaşlı futbolçu azad agent qismində komanda ilə birillik müqavilə imzalayıb.

Futbolçu “Sumqayıt”da yenə 19 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Azər Salahlı 2016/2017-ci il mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 27 qarşılaşmada ümumilikdə 2175 dəqiqə meydanda olub və 1 qol vurub.

Xəbər 655 dəfə oxundu.