Qadın hokkeyçilərimiz Haaqadakı təlim-məşq toplanışını başa vurdular
2012-ci il aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamagara şəhərində keçiriləcək London Yay Olimpiya Oyunlarının sonuncu - 3-cü seçmə turnirində yarışacaq Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası, martın 5-dən başladığı Niderlandın Haaqa şəhərindəki təlim-məşqləri başa vurub. İdman.com.az saytının məlumatına görə, Belçikanı ilk oyunda 2:1 yenmiş komandamız son oyunu İrlandiya təmsilçiləri ilə keçirib. Qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1.

Xəbər 1017 dəfə oxundu.