"Beşiktaş" klubu 15-ci dəfə Türkiyə çempionu olub | |
"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub. Şenol Günəşin baş məşqçisi olduğu komanda ardıcıl ikinci mövsüm qızıl medalları Super Liqada sona 1 tur qalmış təmin edib. XXXIII turda "Qaziantepspor"un qonağı olan "qara qartallar" 4:0 hesablı qələbəyə nail olub. Bununla da xallarını 74-ə çatdıran "Beşiktaş" ən yaxın izləyicisi "Başakşehirspor"u 4 xal geridə qoyub. Qeyd edək ki, "Beşiktaş" 2017-2018 mövsümündə mübarizəyə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq. |
|
Xəbər 668 dəfə oxundu. |
|
|