“Zirə” klubu futbolçuları ilə yeni müqavilə imzalayıb
“Zirə” futbol klubunda heyətlə bağlı çalışmalar davam edir.

Ötən mövsüm komandanın heyətində çıxış edən legionerlərdən 3-nün ən azı daha bir il “qartallar”ın sıralarında qalacağı müəyyənləşib. Ötən il “1+1” şərti ilə anlaşan Milan Düriç və Yovan Krnetanın komandada qalmasına qərar verilib. Həmçinin müqaviləsinin müddəti başa çatan Viktor İqbekoyi ilə yeni anlaşma imzalanıb. Həm Y.Krneta, həm də V.İqbekoyi “qartallar”ın heyətində ardıcıl 3-cü mövsümünü keçirəcək.

Təcrübəli futbolçularla yanaşı, gənclərlə bağlı da işlər davam edir. Belə ki, əvəzedici komandadan cəlb edilən Elgün Nəbiyev, İlkin Muradov və Abdulla Seyidəhmədovla üçillik yeni müqavilə imzalanıb.

Xəbər 603 dəfə oxundu.