Gəncədə keçirilən şahmat yarışının qalibləri müəyyənləşib | |
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilən şahmat üzrə şəhər birinciliyinə yekun vurulub. Yeniyetmələr arasında təşkil olun yarışda 30 məktəbli iştirak edib. 2003-2004-cü il təvəllüdlü oğlanların qrupunda yarışan Amil Hidayətov, 11-12 yaşlı oğlanlar arasındakı qrupdan isə Nuran Mərəndiskiy yoldaşları ilə keçirdiyi görüşlərdən qalib ayrılıb. 2005-2006-cı il təvəllüdlü qızların yarışmasında isə Bayramova Ləman birinciliyə yüksəlib. Sonda qaliblər Baş İdarənin diplomları ilə təltif olunublar. |
|
Xəbər 777 dəfə oxundu. |
|
|