Naftalanda 100-dən çox idmançının iştirakı ilə veloyürüş keçirilib
Naftalanda 28 May - Respublika Günü münasibətilə şəhər icra hakimiyyətinin və Velosiped İdmanı Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.

Bu münasibətlə keçirilən tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və təşkilati məsələlər üzrə menecer Faiq Qurbanov, həmçinin idmançılar iştirak ediblər.

Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, veloyürüşün keçirilməsində əsas məqsəd bu idman növünə gənclərin marağını artırmaq və şəhərdə velosiped idmanın inkişafına nail olmaqdır.

Sonra müxtəlif yaş qruplarından olan 100-dən çox velosipedçinin qatıldığı yürüşə start verilib. Veloyürüş Naftalan şəhər Heydər Əliyev Meydanından başlayaraq kurort şəhərini əhatə edib.

Sonda fərqlənmiş idmançılara Naftalan şəhər Gənclər və İdman İdarəsinin, eləcə də Velosiped İdmanı Federasiyasının diplomları və hədiyyələri təqdim olunub.

Xəbər 1420 dəfə oxundu.