“Monako” futbol klubu yeni mövsüm üçün ilk transferini edib
“Monako” futbol klubu yeni mövsüm üçün ilk transferini edib.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Fransa klubu “Anderlext”in yarımmüdafiəçisi Yuri Tilemansı heyətinə cəlb edib. Belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 20 yaşlı Tilemans ötən mövsüm 37 oyuna 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

Xəbər 673 dəfə oxundu.