Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
Qətərin paytaxtı Dohada Dünya Stadionlar Konqresi keçirilib.

Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə dünyanın ən yaxşı stadionları adına layiq görülən arenalar mükafatlara layiq görülüb.

Bakı Olimpiya Stadionu (BOS) “Dünyanın ən yaxşı yeni stadionu” nominasiyasında mükafatla təltif edilib. BOS-un tikintisində iştirak edən “TEKFEN İnşaat” şirkəti də mükafata layiq görülüb.

Müxtəlif kateqoriyalar üzrə Moskvadakı “VTB Arena”, Barselonadakı “Kamp Nou”, Aşqabad Olimpiya Stadionu və Birləşmiş Ərəb Əmirliklərindəki “Həzza Bin Zayed” stadionu da qalib elan edilib.

Müsabiqənin münsiflər heyəti məşhur tikinti mütəxəssisləri Filip Herpel, Mark Fenvik və Kris Daytdan ibarət olub.

Xəbər 669 dəfə oxundu.