Luçesku Ronaldonun eyibini açıb
Mirça Luçesku braziliyalı futbolçu Ronaldoyla bağlı maraqlı açıqlamalar verib. İdman.com.az saytının məlumatına görə, rumıniyalı məşqçi “Sport-ekspress” qəzetinə müsahibəsində bildirib ki, Ronaldonun karyerasının uğursuzluqla nəticələnməsində onun spirtli içki və gecə həyatına aludə olması rol oynayıb:

“O, pivəni çox sevirdi. Bundan başqa, çox vaxt gecə saat 4-ə qədər diskotekada olur, orada məclislər təşkil edirdi. Bununla bağlı onunla tez-tez söhbət edirdim. Ronaldo isə cavabında deyirdi: “Mister, mənim cəmi 23 yaşım var, həyatımı rəngarəng keçirmək istəyirəm”. Bu amillər onun futbolçu karyerasını məhv etdi”.

Luçesku Ronaldoya görə “İnter”dən ayrıldığını deyib: “Bəli, mənim bu komandadan getməyimin səbəbkarlarından biri Ronaldoydur.. Hərçənd, onunla normal münasibətlərim vardı. Sonra biz Çempionlar Liqasında “Mançester Yunayted”ə səfərdə 0:2 hesabı ilə uduzduq. Cavab matçının 60-cı dəqiqəsində, hesab 0:0 olarkən Ronaldonun yerinə meydana Bentolu buraxdım.

O, oyuna girən kimi qol vurdu. Amma nəticədə “Mançester”lə 1:1 heç-heçə etdik. Bir gün sonra məşqə gələndə gördüm ki, Ronaldo yoxdur. Dedilər ki, o, Braziliyaya gedib. Soruşdum ki, kimim icazəsiyzlə. Dedilər ki, prezident Massimo Morattinin ”.

Qeyd edək ki, Luçesku 1998-1999-cu il mövsümündə İtaliya “İnter”ini çalışdırarkən, Ronaldo bu komandada oynayıb.

Xəbər 1188 dəfə oxundu.