“Atletiko Madrid” klubu yarımmüdafiəçisi ilə müqavilənin müddətini artırıb
İspaniyanın “Atletiko Madrid” futbol komandasında çıxış edən yarımmüdafiəçi Koke daha 7 il klubun uğurları üçün çalışacaq.

Paytaxt təmsilçisi 25 yaşlı ispaniyalı oyunçu ilə 2024-cü ilədək müqavilənin müddətini artırıb.

Futbol üzrə İspaniya millisində də forma geyinən oyunçu 2009-cu ildən bəri “Atletiko Madrid”in şərəfini qoruyur və oynadığı 323 matçda 28 qol vurub.

Xəbər 640 dəfə oxundu.