Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
Minskdə sambo üzrə Avropa çempionatına yekun vurulub.

Çempionatda ölkəmizi 7 idmançı təmsil edib.

Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında çempionatda iştirak edən millimiz Vətənə iki medalla qayıdıb.

Finaladək inamla irəliləyən samboçularımız Ağasif Səmədov (52 kq) və Emil Həsənov (68 kq) qızıl medal uğrunda görüşdə uduzaraq ikinci yerlə kifayətləniblər.

Yarışda ölkəmizi hakim kimi Cabir İsmayılov təmsil edib.

Xəbər 644 dəfə oxundu.