Voleybolçumuz “Fənərbağça”da
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

Voleybolçumuz “Fənərbağça” ilə birillik müqavilə imzalayıb.

P.Rəhimova “Fənərbağça”yadək “Nəqliyyatçı”, “Azərreyl” (hər ikisi Bakı), “Suwon Hyundai E&C” (Koreya Respublikası) və “TAB Queenseis” (Yaponiya) komandalarında forma geyinib.

Xəbər 901 dəfə oxundu.