Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşıb
Mayın 24-də kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Voleybolçularımız ilk oyunda Türkiyə yığması ilə üz-üzə gəliblər.

Portuqaliyalı baş hakim Helio Ormondenin idarə etdiyi oyun Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz növbəti oyununu mayın 25-də Almaniya yığmasına qarşı keçirəcək.

Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.

Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.

Xəbər 829 dəfə oxundu.