Azərbaycanın və Qətərin Voleybol federasiyaları arasında əməkdaşlığa dair müqavilə imzalanıb
Azərbaycanın və Qətərin Voleybol federasiyaları arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqaviləni Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev və Qətər Voleybol Assosiasiyasının prezidenti Əli Qanim Əl-Kuvari imzalayıblar.

Azərbaycan Voleybol Federasiyasında keçirilən görüşdə qarşılıqlı təcrübə mübadiləsi və birgə toplanışların təşkili haqda razılıq əldə olunub.

Qonaq Qətər millilərini qarşıda bir sıra turnirlərin gözlədiyi vaxtda belə bir əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Xəbər 772 dəfə oxundu.