“Kəpəz” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub
“Kəpəz” futbol klubunun əsas komandasının məşqçilər korpusunda yeni təyinat olub.

Gəncə klubunun U-19 komandasının baş məşqçisi Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçinin köməkçisi olacaq. “A” kateqoriyasına malik V.Rzayev ilə bir il müddətinə müqavilə bağlanacaq.

Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.

Xəbər 652 dəfə oxundu.