Azərbaycan voleybolçusu karyerasını Türkiyədə davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Odina Bayramova karyerasını Türkiyədə davam etdirəcək.

Yığmamızın üzvü Türkiyə Sultanlar Liqasında mübarizə aparan “Seramiksan” klubu ilə müqavilə imzalayıb.

Son mövsümü İtaliyanın “Firenze” klubunda keçirən voleybolçumuz “Seramiksan” ilə birillik razılıq əldə edib. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda, müqaviləsinin müddəti artırıla bilər.

Xəbər 1062 dəfə oxundu.