Eşitmə qüsurlu əlillər arasında futzal turnirində altı komanda birincilik uğrunda mübarizə aparacaq
Mayın 24-dən 27-dək “Olimpik Star” İdman Kompleksində AFFA-nın dəstəyi ilə Əlillər Futbolu Federasiyası tərəfindən eşitmə qüsurlu əlillər arasında futzal turniri keçiriləcək.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş turnirdə 6 komanda – “Şimşək”, “Birlik”, “Zirvə”, “Ümid”, “Bakı”, “Azəri” mübarizə aparacaq.

Yarışın açılış oyunu “Şimşək” və “Birlik” komandaları arasında keçiriləcək.

Xəbər 596 dəfə oxundu.