“Qəbələ” klubu İtaliyanın “Milan” komandası ilə qarşılaşıb
İtaliyanın Rimini şəhərində Flavio Perottinin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib.

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası yarışın ilk günündə iki qarşılaşmaya çıxıb.

Ülfət Mədətovun baş məşqçisi olduğu komandamız birinci mərhələnin “A” qrupunda keçirdiyi görüşlərdə İtaliya təmsilçiləri ilə qarşılaşıb. “Qəbələ” ilk oyununda “Milan”la görüşüb. “Qırmızı-qaralar” bu matçda 0:3 hesabı ilə məğlub olub. İkinci görüşdə komandamız “Spal 2013” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib. Beləliklə, “qırmızı-qaralar” ilk iki turda 1 xal toplayıblar.

Xəbər 662 dəfə oxundu.