Azərbaycanın U19 millisi Gürcüstan yığmasını dörd cavabsız qolla məğlub edib
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA inkişaf turnirində Gürcüstan komandası ilə qarşılaşıb.

Qarşılaşma 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Qolları İlahə Nuriyeva, Firəngiz Teymurova, Peritan Bozdağ və Hatice Özdemir vurub.

Xəbər 623 dəfə oxundu.