Olqa Bıkovskaya “Bakı-2017”də ikinci qızıl medalını qazanıb
Mayın 21-də Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışlarında daha bir qızıl medal qazanıb.

Qadınlar arasında 3 metr tramplindən suyatullanma yarışında uğurla çıxış edən Azərbaycan idmançısı Olqa Bıkovskaya bütün rəqiblərini qabaqlayaraq “Bakı-2017”nin çempionu olub.

Gümüş medalı türkiyəli Yaprak Seli Keskin, bürünc medalı isə indoneziyalı Della Harimurti aktivlərinə yazdırıblar.

Xəbər 1591 dəfə oxundu.