Məmməd Salamov IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarında bürünc medala sahib olub
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarında növbəti medalını qazanıb.

Zorxananın kəbbadə növündə milli komandamızın üzvü Məmməd Salamov bürünc medala layiq görülüb.

Yarışın qalibi İran idmançısı Mohsen Golestani Zadeh olub. İraqlı Caber Abdulamir gümüş, digər bürünc medalı isə İsmail Sanqov (Türkmənistan) qazanıblar.

Xəbər 2077 dəfə oxundu.