Mariya Stadnik IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu
Olimpiya Oyunlarının üçqat medalçısı, dünya və altıqat Avropa çempionu Mariya Stadnik mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanaraq uğurları sırasına İslamiadanın qalibi adını da əlavə edib.

48 kiloqram çəki dərəcəsində yarışan Mariya Stadnik finalda türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıblar.

Mariya Stadnik ilk görüşdə əlcəzairli rəqibi Keira Çairma Yahyaoi üzərində vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. Həlledici görüşdə E.Demirhana da qalib gələn M.Stadnik IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medalları Əlcəzair idmançısı Xeyra Çeyma Yahyaoi aktivinə yazdırıb.

Xəbər 1636 dəfə oxundu.