Qızlarımız məğlubiyyət bilmirlər
Bu gün AFFA Futbol Mərkəzində - “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında yoldaşlıq oyunu keçirilib. İdman.com.az saytının məlumatına görə, qarşılaşma 4:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Moldova komandasının qapısından 3 topu Melis Sarıaltın keçirib. Bir qolun müəllifi isə Aliyə Vəliyeva olub.
Qeyd edək ki, bu komandalar arasında növbəti yoldaşlıq oyunu martın 18-də, saat 13:00-da, “Dalğa Arena”da keçiriləcək.

Xəbər 2881 dəfə oxundu.