Tennis üzrə qadın cütlüklərin mübarizəsində Türkiyə idmançıları qızıl medal qazanıblar
Mayın 21-də qadınlar arasında tennis üzrə cütlüklərin mübarizəsində Türkiyə idmançıları qızıl medal qazanıblar.

Həlledici qarşılaşmada Türkiyə və Özbəkistan idmançıları arasında gərgin idman mübarizəsi aparılıb. Türkiyə tennisçiləri Ayla Aksu-Berfu Cengiz dueti Sabina Şaripova-Polina Merenkova (Özbəkistan) cütlüyünə hər iki setdə qalib gəlib - 6:3, 7:5.

Bürünc medal uğrunda görüşdə Malayziya təmsilçiləri Cavairiah Noordin-Selva Racu Teiviya dueti Anastasiya Prenko-Cahan Bayramova (Türkmənistan) cütlüyü ilə üz-üzə gəlib. Oyunda qələbə qazanan (7:6, 6:0) malayziyalı idmançılar bürünc medala sahib olublar.

Beləliklə, qadınlar arasında tennis üzrə cütlüklərin yarışında Türkiyə idmançıları qızıl, Özbəkistan atletləri gümüş, Malayziya təmsilçiləri isə bürünc medalları aktivlərinə yazıblar.

Mükafatlandırma mərasimində qaliblərə medalları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təqdim edib.

Qalib idmançıların şərəfinə Türkiyənin dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Xəbər 1767 dəfə oxundu.