Stolüstü tennis üzrə kişi idmançılarımız finala vəsiqə qazanıblar | |
Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi komandaları arasında yarımfinal görüşü keçirilib. Təmsilçilərimiz yarımfinalda Türkiyə yığmasına 0:3 hesabı ilə məğlub olublar. İdmançılarımız bürünc medal uğrunda görüşə çıxacaqlar. Digər yarımfinal görüşündə İran millisi Səudiyyə Ərəbistanı üzərində 3:0 hesablı qələbə qazanıb. Bu gün Azərbaycan komandası Səudiyyə Ərəbistanı təmsilçiləri ilə bürünc medal uğrunda mübarizə aparacaq. Mayın 22-də isə Türkiyə millisi ilə İran yığması final görüşündə qarşılaşacaqlar. |
|
Xəbər 1688 dəfə oxundu. |
|
|