“Bakı-2017”: Qadınlar arasında fərdi tennis yarışlarının yarımfinalçıları məlum olub | |
Mayın 20-də İslamiadanın tennis yarışlarında qadınların fərdi mübarizəsində yarımfinalçılar məlum olub. Dörddəbir finalda mübarizə aparan Türkmənistan tennisçisi Cahan Bayramova Özbəkistan təmsilçisi Sabina Şaripovaya hər iki setdə məğlub olaraq (2:6, 1:6) mübarizəni dayandırıb. Özbəkistanlı tennisçi adını yarımfinala yazdırıb. Türkiyə təmsilçisi Berfu Cengiz növbəti mərhələyə vəsiqəni Malayziya idmançısı Cavairiah Nurdin üzərində inamlı qələbə (6:1, 6:0) qazanaraq təmin edib. Oman atleti Fatma Al Nabhaniyə dörddəbir finalda Malayziya təmsilçisi Selva Racu Teiviyanı məğlub edərək (6:2, 7:6) növbəti mərhələyə yüksəlib. Digər görüşdə isə Özbəkistan təmsilçisi Komola Umarovaya 7:5 və 6:2 hesabı ilə qalib gələn Türkiyə tennisçisi Ayla Aksu yarımfinala adlayıb. Qadınların fərdi yarışında final mərhələsinin iştirakçıları mayın 21-də müəyyənləşəcək. |
|
Xəbər 624 dəfə oxundu. |
|
|