Sərbəst güləş yarışlarının finalına idmançılarımızdan üçüncü vəsiqəni Cəmaləddin Məhəmmədov aktivinə yazdırıb
Mayın 20-də İslamiadanın sərbəst güləş yarışlarının final mərhələsinə Azərbaycan idmançılarından üçüncü vəsiqəni Cəmaləddin Məhəmmədov aktivinə yazdırıb.

125 kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız yarımfinalda İran təmsilçisi Caber Sadeqzadə üzərində 7:3 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, İslamiadanın sərbəst güləş yarışlarının sonuncu günündə dörd çəki dərəcəsindən üçü üzrə mübarizənin finalında Azərbaycan idmançıları qızıl medal uğrunda xalça üzərinə çıxacaqlar.

Xəbər 591 dəfə oxundu.