İdmançılarımız atletika yarışlarının sonuncu gününə qızıl və bürünc medallarla start veriblər
Kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medala sahib olub.

Digər təmsilçimiz Zeynidin Bilalov isə 5,22 metrlə bürünc medal qazanıb. Yarışın gümüş medalına isə 5,28 metr göstərici ilə indoneziyalı Abdul Dalimunte layiq görülüb.

Xəbər 580 dəfə oxundu.